Faiq Hüseynov
SOCAR-ın Neft qazma trestinin rəis müavini10 noyabr bəyanatının müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün olduqca ciddi təhlükə mənbəyidir. Təhlükə yaxındır, lazımi addımlar atılır və belə ki, üçtərəfli bəyanatın müddəalarının olduğu kimi təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Rəşadətli Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə qəti şəkildə alınmır, yalnız və yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Hətda keçirilən antiterror tədbirlərlə əlaqədar olaraq, Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb. Heç şübhəsiz, bölgədə sülh və sabitliyə nail olmağın əsas yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılmasıdır. Məhz bu səbəblə yola çıxaraq, antiterror tədbirlər çərçivəsində, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə ortadan qaldırılır, sıradan çıxarılır. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq. Ancaq qeyd etməliyəm ki, mərhəmətli Azərbaycan xalqı qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərir, onları içməli su və ərzaqla təmin edir. Hətda əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradılıb.
Eyni zamanda önəmli məqamı vurğulayım ki, 44 günlük Vətən müharibəsində də olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan ediblər. Belə ki, ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan ediblər.
Xatırlatmaq yerinə düşərdi ki, dövlətimizin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edildi. Odur ki, o bölgədə antiterror tədbirlərin görülməsi qaçılmaz oldu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.