19 sentyabr Oğuz rayonu Heydər Əliyev Mərkəzində Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin “Sığortalanaq, saglam olaq” – regionlarda icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi adlı layihəsinin yekun tədbiri uğurla həyata keçirilib.
Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Oğuz sakinlərinin, yerli vətəndaşların, Oğuz rayonu İcra Hakimiyyətinin əməkdaşı Cavid Həmidovun iştirak etdiyi tədbirdə giriş sözü ilə çıxış edən Oğuz rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Şaiq Rüstəmov qonaqları salamlayaraq, müzakirə olunacaq mövzunun aktual olduğunu qeyd edib.
Layihənin rəhbəri, Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri Sveta Rəfiyeva layihə və mövzu barədə geniş çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıb: “Layihənin məqsədi 6 regionda – Xaçmaz, Şabran, Siyəzən, İsmayıllı, Kürdəmir, Oğuzda əhalinin icbari tibbi sığorta haqqında məlumatlandırmaq, onların sağlamlıqları üçün İTS imkanlarından yararlanması üzrə maarifləndirməkdir”.
Sonda mövzu ətrafında ailə nümayəndələrinin geniş fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.