Sentyabrın 19-da Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Kənd təsərrüfatı məhsullarının artırılması sahəsində sahibkarların maarifləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib.
Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layhə çərçivəsində təşkil olunan Dəyirmi masada kənd təsərrüfatının bütün sahələrini əhatə edən sahibkarlar və Dövlət Aqrar Mərkəzinin mütəxəssisləri iştirak edib. Layihə rəhbəri Famil Baxışov tədbiri açıq elan edərək sahibkarlara bildirib ki, Birlik 01 iyul-30 sentyabr tarixlərində rayonun Niyazabad, Qımıl-qışlaq, Çarxı kənd inzibati ərazi dairələrini birləşdirən 21 kəndin müxtəlif sahibkarları ilə birlikdə 3 təlim keçirilib. Təlimlərdə 12 irad, 9 dəyərli fikirlər söylənib. Layihə rəhbəri bir daha qeyd edib ki, təlimlərdə gender bərabərliyinə üstünlük verməmişik.
Layihənin təlimçisi Nizami Musayev və eksperti Fərrux Əsgərov sahibkarların təlimlərdə daha fəal iştriak etməsindən danışıblar. Belə təlimlərin müntəzəm və davamlı keçirilməsini tövsiyyə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.