AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi seminar keçirib - FOTOLAR

  • + A
  • - A
  • 22-09-2023, 18:26

    “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi seminar keçirib - FOTOLAR


    “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi “Erkən nikahlara yox deyək” adlı layihə çərçivəsində Milli Qeyri Hökumət Təşkilatları Forumunun Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində seminar keçirib.

    Birliyin sədri Əli Mirzəyev bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir: “Tədbirdə Gənclərin Karyera İnkişaf Mərkəzinin üzvləri, tələbələr iştirak ediblər. Seminara başlamazdan əvvəl həm birinci, həm ikinci vətən savaşında, həm də lokal antiterror tədbirləri zamanı həlak olan şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdik. Sonra layihə haqqında ətraflı məlumat verdik. Erkən nikahlarla mübarizə sahəsində dövlətin müvafiq qurumları kifayət qədər inzibati tədbirləri, erkən nikahların fəsadları barədə mütamadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilsə də problem aradan qaldırılmayıb”.

    Erkən nikahların fəsadlarını hüquqi, sosial, psixoloji, bioloji aspektlərdən qiymətləndirilməsinə diqqət yönəldilib, iştirakşılar müzakirələrə qoşulublar. Müzakirələrdə iştirak edən tələbə M. Ağayev qeyd edib ki, yeniyetmələrin təhsil almadan, peşə və ya ixtisas almadan nikaha məcbur edilməsi düzgün deyil. Digər iştirakçılar da erkən nikah faktlarını pislədilər və ona qarşı mübarizəyə qoşulmağın vacibliyini vurğulayıblar.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR