AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Metrostansiyanın qarşısı zibilxanaya çevrilir - Video

  • + A
  • - A
  • 22-09-2023, 20:39

    Metrostansiyanın qarşısı zibilxanaya çevrilir - Video


    Bakı Metropoliteninin ən böyük stansiya çıxışlarından biri Elmlər Akademiyası metrostansiyasının çıxışıdır. Nəzərə alsaq ki, təkcə BDU-da 25 min tələbə təhsil alır, AzTU, AzİMU, AzMİU kimi nəhəng təhsil ocaqları, kollecllər, orta məktəblər pərdə arxasında qalır.
    Təəssüf ki, belə böyük metrostansiyasının çıxışlarınından biri adi bir diqqətsizlik səbəbindən zibilliyə çevrilir. Söhbət BDU ilə üz-üzə olan metronun çıxışından gedir. Sözügedən ərazi tələbələri nəzərə alaraq dönərxanalarla, marketlə əhatə olunub. Hər qarışı obyekt yiyələrinə satan məmurlar nədənsə əraziyə bir zibilqabını çox görüblər. Nəticədə ətrafı yeməkxanalar olan ərazi zibilliyə çevrilib. Nəzərə alaq ki, dərslər 1 həftədi başlayıb, bu gedişlə ərazidə 1 aya zibil dağı əmələ gələcək.
    İnanırıq ki, Azadmedia.az bu problemi işıqlandırdıqdan sonra Yasamal Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu problemə əncam çəkəcək. Ərazi zibillikdən təmizlənəcək.


    https://m.facebook.com/story.php?story_fbid=pfbid0L5XJoL26ZsrLqaHMBvLjx8eewPvWK7xd9aN88mB3qwRz4LqVFLKB5RZ3dxTRXpc2l&id=100001556825957&mibextid=Nif5oz


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR