AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu da qanlı gülüşülə düşməni sarsıdan qazimizin həyat hekayəsi...

  • + A
  • - A
  • 23-09-2023, 12:49

    Bu da qanlı gülüşülə düşməni sarsıdan qazimizin həyat hekayəsi...

    Folklorşünas-alim, Şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu yazır:
    "Hamı onu gözündən qanı axa-axa gülən əsgər kimi tanıdı. Bir anda antiterror əməliyyatının simvoluna çevrildi. Qardaş Türkiyə mətbuatı qazimizdən qürurla danışdı, onun qəhrəmanlığını, qorxmazlığını təqdir etdi. Düşmən yaralı Azərbaycan əsgərinin gülüşündən sarsıldı. Mən də o qorxmaz, gözündən və bir neçə yerindən yaralanan qazimizlə əlaqə yaratdım, onunla qısaca söhbətləşdim. Belə qorxmaz, qəhrəman Azərbaycan əsgərlərini bütün dünya tanımalıdır. Şəhid qardaşı olduğumu dedim, “Allah bütün şəhidlərimizə rəhmət eləsin, Qazi qardaşlarımıza şəfa versin. Bütün şəhid yoldaşlarımın, onların ailələrinin qarşısında baş əyirəm” dedi.

    Qazimiz Quliyev Ceyhun Rafiq oğlu Salyan rayonunun Xalac kəndində doğulub. 2012-2015-ci illərdə ildə C. Naxçıvanski adına hərbi liseydə, 2015-2019-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Subaydır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində ön sıralarda döyüşüb. Antiterror əməliyyatı başlayan gündən qanunsuz erməni silahlı dəstələrinə qarşı döyüşə qatılıb.
    Ceyhun Quliyev hazırda Ağdaş xəstəxanasında müalicə alır. Gözündən, qolundan, sinəsindən və ayağından çox saylı qəlpə yaraları alıb. Sol gözündəki qəlpə çıxarılıb. “İndi dumanlı görürəm, amma həkimlər deyibki müalicə davam etdikcə, yaxşılaşacaq, get-gedə daha yaxşı görəcəm” deyir. Həkimlərdən, tibb bacılarından razılığını bildirdi. Müalicəsi bitəndən sonra xidmətə davam edəcəyini “Vətənim Azərbaycanın hər zaman təhlükəsizliyini qorumağa hazıram” deyir.
    Sonda onun səhhətilə maraqlanan hər kəsə təşəkkür edərək “Elyar bəy sizdən xahişim olacaq, mənimlə maraqlanan bütün ataların, anaların, bacıların, qardaşların əllərindən öpürəm, onlara salamlarımı, sevgilərimi və sayqılarımı çatdırıram. Allah sizi var eləsin. Var olun” dedi.

    Sağol qazi qardaşım, sağol igid qardaşım.
    Qanlı gülüşünlə düşmənə güllə yarasından daha ağır yara vurdun. Bir daha bütün dünya Azərbaycan əsgərinin qorxmazlığına, igidliyinə şahid oldu.
    Əminəm ki, bugün bütün şəhidlərimizin ruhu şaddır".



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR