Mətbuatda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın səhhətində ciddi problemlər yaranması barədə məlumatlar yayılıb.
"Millət vəkili komaya düşüb və Mərkəzi Klinikada süni tənəfüs aparatına qoşulub.
Onun vəziyyəti ağır olaraq qalır" - mövzuda xəbərlər yayılsa da, xanım deputatın hansı səbəbdən komaya düşməsi açıqlanmayıb. Azadmedia.az-a adının çəkilməsini istəməyən yaxınlarından birinin verdiyi məlumata görə Qənirə xanım dünəndən komadadır. Onu komaya salan səbəb ağırlaşmış qripin fəsad verməsidir.
Qənirə xanım nəlum hadisələrlə bağlı xəstəliyini ağrıkəsicilərlə yola verməyə çalışıb. Daxili orqanları salamatdır. Şikayəti boğaz, qulaq ağrısından olub. Səhhəti yaxşılığa doğru irəliləyir.
Allah Qənirə xanıma şəfa versin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.