Millət vəkilinin müalicəsi ilə bağlı məsələlər Fond tərəfindən nəzarətə götürülüb. Azadmedia.az xəbər verir ki, bu barədə Qənirə Paşayevanın qardaşı Hüseyn Paşayev bildirib: "Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, millət vəkilinin müalicəsi ilə bağlı məsələlər Fond tərəfindən nəzarətə götürülüb.
Bu gün səhər saatlarında Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov xəstəxanada olub. Heydər Əliyev Fondunun əməkdaşları xəstəxana ilə müntəzəm əlaqədədir və millət vəkilinin müalicəsi üzrə bütün zəruri dəstək və tədbirlər görülür"
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.