AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Samux rayonunda "Azərbaycanda ailə dəyərləri" mövzusunda təlim keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 25-09-2023, 21:13

    Samux rayonunda "Azərbaycanda ailə dəyərləri" mövzusunda təlim keçirilib - FOTOLAR


    Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai Birliyi tərəfindən icra olunan "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir adlı tədbirlərin təşkili" layihəsinin icrası davam edir.

    Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra planına uyğun Samux rayonunda valideynlər arasında maariflənmə işləri aparılır. Bu gün Samux rayonu Sərkar kəndində daha 30 valideynə "Azərbaycanda ailə dəyərləri" mövzusunda təlim keçirilib. Təlim zamanı ailə, ailə dəyərləri, dəyərlərin müəyyən olunması, ailə fərdlərinin bir- birinə münasibəti, onların vəzifə və öhdəlikləri izah olunub. Bundan əlavə valideynlərlə mövzu ətrafında müzakirələr zamanı son dövrdə boşanmaların artması, nigahların azalması məsələsinə toxunulub. Həmçinin təlim zamanı müxtəlif energizerlər, komanda işləri və rollu oyunlardan istifadə olunub. Təlim valideynlər tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR