AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hərb Tarixi Muzeyində tədbir: “Vətən sizə oğul dedi!” FOTOLAR

  • + A
  • - A
  • 26-09-2023, 20:42

    Hərb Tarixi Muzeyində tədbir: “Vətən sizə oğul dedi!”


    Bakı, 26 sentyabr, Azadmedia.az

    Sentyabrın 26-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Hərb Tarixi Muzeyində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə Vətən müharibəsinin 3-cü ildönümünə həsr olunmuş “Vətən sizə oğul dedi!” adlı anım tədbiri keçirilib.

    Azadmedia.az
    xəbər verir ki, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə keçirilən anım tədbirində bir sıra təşkilatlardan nümayəndələr, şəhid ailələri, Birinci və İkinci Vətən müharibələri qaziləri, əsgər və zabitlərimiz iştirak ediblər.

    Tədbirdə Vətən uğrunda canlarını qurban vermiş, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin “27 sentyabr – Zəfərə gedən yolun başlanğıcı” mövzusunda məruzəsi dinlənilib.

    Sonra şəhid Samir Xudiyevin atası Səməd Xudiyevin, şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun anası Xalidə xanım İbrahimovanın, ikinci Qarabağ savaşının canlı şahidi - qazi Sənan Zeynalovun və digər tədbir iştirakçılarının çıxışları dinlənilib.

    Qeyd olunub ki, Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan qoşunlarından təmizlənməsi uğrunda aparılmış Vətən müharibəsinin başa çatmasından üç il ötür. Hərbçilərimizin şücaəti, canı, qanı bahasına 44 günlük savaşda qazanılan tarixi Zəfər hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir.

    Mərasimdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, bu Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

    Daha sonra 27 sentyabr - Anım Gününə həsr olunmuş sənədli film nümayiş olunub.

    Bədii hissədə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin iştirakı ilə kompozisiya və Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR