AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi layihə çərçivəsində ilk tədbirini keçirib - FOTOLAR

  • + A
  • - A
  • 27-09-2023, 08:57

    “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi layihə çərçivəsində ilk tədbirini keçirib - FOTOLAR

    “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi “İnklüziv peşə hazırlığı mərkəzinin təşkili və təşviqi” adlı layihəsinin icrasını davam etdirir.

    Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2023-cü ilin iyul ayında icrasına start verib. Layihə çərçivəsində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvləri və sağlamlıq imkanları məhdud şəxslərlə davranmaq və işləmək, həmçinin sözügedən sahədəki sosial-iqtisadi problemləri sosial sahibkarlıq yolu ilə həllinə dəstək olmaq üçün seçilmiş 60 nəfərə (30 nəfər gəncə və 30 nəfər QHT əməkdaşına) təlimçi və ekspertlər tərəfindən həm təlimlər, həm də dəyirmi masaların təşkili nəzərdə tutulub. Layihənin iş planına uyğun olaraq ilk tədbir 23.09.2023-cü il tarixində Bakı şəhərində gənclər üçün təşkil olunub.

    Tədbiri giriş sözü ilə Birliyin icraçı direktoru və sözügedən layihənin rəhbəri Arif Nəcimov açıq elan edib, sonra isə layihənin məqsəd və vəzifələrindən ətraflı məlumat verib. O, layihənin daha çox sosial və maarifləndirici tipli olmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb, sonra ölkəmizdə inklüziv peşə hazırlığı mərkəzlərinin təşkilinin əhəmiyyətindən, onların fəaliyyətinin sosial sahibkarlıq modelində təşkilindən, təklif olunacaq xidmətlər və əməkdaşlıq imkanlarından ətraflı məlumat verib.

    Təlimçi-ekspert Leyla Rəhimova layihənin məzmununa uyğun olaraq “Azərbaycanda əmək qabiliyyətli fiziki və zehni qüsurlu insanların əmək prosesinə cəlb olunması, onlarla düzgün ünsiyyətin təşkili və davranış qaydaları” adlı təlim keçib. Təlim, layihənin məzmununa əsasən nəzəri və praktiki biliklərin izahı, həmçinin qrup işləri və təqdimatlar ilə davam edib. Qrup işində iştirak edən gənclər təlimçi tərəfindən verilmiş tapşırıqlar əsasında öz təqdimatlarını hazırlamış və çıxışlar ediblər.



    Tədbir, təlimdə iştirak edən gənclərə sertifikatlar ilə layihə haqqında hazırlanmış bukletin təqdim olunması və qrup şəklinin çəkilişi ilə yekunlaşıb. Layihənin növbəti mərhələsi QHT əməkdaşları üçün həm maarifləndirici təlim, həm də dəyirmi masa ətrafında “Azərbaycanda inklüziv peşə hazırlığı mərkəzlərinin təşkili və təşviqi” adlı mövzunun müzakirəsinin təşkilinə həsr olunacaq. Bununla əlaqədar təqdim olunan linkdən (https://forms.gle/vnnD9bFaPVEZFyRC6) qeydiyyatdan keçən QHT-lərin uyğun bir əməkdaşı cari layihə çərçivəsində tədbirlərdə iştirak edə bilər. Təlimin sonunda iştirakçılara sertifikatlar və layihənin davamlılığını təmin etmək üçün əməkdaşlıq paketi təqdim olunacaqdır. Onu da qeyd edək ki, yerlər məhduddur və ən uyğun gələn 30 nəfər QHT əməkdaşı tədbirdə iştirak edə biləcək.

    Tədbirlərdə iştirak etmiş hər bir iştirakçıya yeni layihələrin və proqramların “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin tərəfdaşları ilə birlikdə hazırlanması da təklif olunacaq. Sözügedən layihə və gələcək əməkdaşlıq üçün təqdim olunan e-mail (office.midib.org@gmail.com) ilə əlaqə saxlamaq olar.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR