AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Erkən nikahlarla bağlı artan statistik rəqəmlər narahatçılıq yaradır”- QHT sədri / FOTOLAR

  • + A
  • - A
  • 27-09-2023, 09:00

    “Erkən nikahlarla bağlı artan statistik rəqəmlər narahatçılıq yaradır”- QHT sədri / FOTOLAR


    Şirvan Dövlət İqtisadiyyat və Humanitar kollecində “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi tərəfindən icra olunan “Erkən nikahlara yox deyək” adlı layihə çərçivəsində növbəti seminar keçirilib.

    Birliyin sədri Əli Mirzəyev bildirib ki, seminar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə keçirilir: "Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisi Rəfail Nəsirov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllimləri və tələbələri iştirak ediblər. Layihə haqqında ətraflı məlumat verilib. 21-ci əsr, texnologiyalar dövrünün olmasına baxmayaraq, hələ də erkən nikah halları artmaqda davam edir. Erkən nikahlarla mübarizə sahəsində dövlətin müvafiq qurumları kifayət qədər inzibati tədbirlər həyata keçirsələr də, mütamadi olaraq maarifləndirmə tədbirləri təşkil olunsa da ilbəil artan statistik rəqəmlər narahatçılıq yaradır".

    Erkən nikahların fəsadlarının hüquqi, sosial, psixoloji aspektlərdən qiymətləndirilməsi məsələsi vurğulandı və iştirakçılar müzakirələrə cəlb edilib. Tədbir iştirakçısı A. Əsədova çıxış edərək bildirib ki, erkən nikahlar və onların yaratdığı fəsadlar hamımızın gözü qarşısındadır: “Bununla bütün cəmiyyət mübarizə aparılmalıdır. Tələbələrə məsləhət görərdim ki, evlənməyə qərar verməmişdən əvvəl yüz ölçüb, bir biçmək lazımdır, çünki insanın bütün gələcək həyatı bu qərardan asılıdır”. İştirakçı M. Məmmədzadə vurğuladı ki, bəzi valideynlər qızlarını erkən yaşlarında ərə verməyə çalışırlar, bununla da öz borclarını yerinə yetirmiş hesab edirlər: “Amma gərək onlar övladlarının gələcəyini təmin etmək üçün onlara təhsil verməyə çalışmalıdırlar”.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR