AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Çağdaş Bütöv Azərbaycan” antologiyasının təqdimatı keçirilib - VİDEO

  • + A
  • - A
  • 28-09-2023, 19:15

    “Çağdaş Bütöv Azərbaycan” antologiyasının təqdimatı keçirilib - VİDEO


    “Türk Dünyası İnfo” İctimai Birliyi “Ədəbiyyatda Cənubi Azərbaycan görüşləri adlı tədbirlərin təşkili” layihəsi əsasında “Çağdaş bütöv Azərbaycan” adlı poeziya antologiyası nəşr olunub. Sentyabrın 27-də Azərbaycanda Atatürk Mərkəzində antologiyanın təqdimat mərasimi keçirilib.

    Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunub. Layihənin müəllifi və kitabın tərtibçisi Birliyin sədri, AYB İdarə Heyətinin üzvü Dəyanət Osmanlı bildirib ki, bu gün Azərbaycan dövləti dünya azərbaycanlıların həmrəylik, vətənpərvərlik hüquq və azadlıqlar, təhlükəsizlik məsələlərinə diqqətlə yanaşır: “Xarici ölkələrdə, eləcə də Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizin qoruyub-saxlanılması, azərbaycançılıq ideyalarına sadiq olmaları, vətənləri ilə əlaqələrinin möhkəmlənməsi ictimai, ideoloji imkanlar vardır. Bu layihə çərçivəsində Dövlətimizin milli-mənəvi irsimizə, mədəniyyətimizə, ədəbiyyatımıza göstərdiyi ciddi dəstəyi əsas götürərək, Azərbaycanın bütövlüyü kontekstində çağdaş ədəbi-mədəni proseslər nəzərdən keçirmiş, ortaq mövzulu bir sıra poetik nümunələri dilimizə uyğunlaşdıraraq antologiya halında çap etmişik”.

    Tədbirdə Atatürk Mərkəzinin müdir müavini Osman Musayev, BDU-nun kafedra müdiri, şair Knyaz Aslan, şairlərdən Rəşid Faxralı, Nazim Əhmədli, Avdı Qoşqar, İbrahim Yusifoğlu, Paşa Babəkərli, Musa Aslanxanlı, Azadə Novruzova, Elmira Aslanxanlı Turan, Süleyman Abdulla, Həzi Həsənli, Nazim Şah və başqaları layihənin ictimai aktuallığını xüsusilə vurğulayıb, təqdim olunan antolagiyanın ideya-məzmun, səviyyə baxımından müasir ədəbiyyatımıza yeni tohfə olduğunu qeyd ediblər.

    Bildirilib ki, antologiyada otaylı, bu taylı Azərbaycan, Qərbi Azərbaycan, Özbəkistan, Rusiya (Dərbənd), Gürcüstan (Borçalı) da daxil olmaqla, ümumilikdə 54 tanınmış müəllifin əsərlərindən nümunələr yer alıb. Poetuk mətnlərdə Azərbaycan insanının vətənçilik, müstəqillik, birlik, azadlıq duyğuları, dil, mədəniyyət, təhsil haqlarını, milli-mənəvi dəyərlərimizin yaşadılmasını ifadə edən fikirlər əks olunub. Bu mənada, ədəbiyyat vasitəsi ilə həmrəylik, bütövlük ideyalarının təbliğinin milli bağlara əsaslanan ədəbi-mədəni düşüncə birliyi dayanır.

    Qeyd edək ki, kitabın məsləhətçisi akademik, millət vəkili Nizami Cəfərov, ön sözün müəllifi Dr. Hüseyn Şərqidərəcək Soytürk, redaktor filologiya üzrə fəlsəfə doktoru, Atatürk Mərkəzinin şöbə müdiri İlahə Abdullayevadır. Nəşrin kitabxanalara, müəlliflərə, yazarlara və gənclərin daha çox təmsil olunduğu müxtəlif auditoriyalara, QHT nümayəndələrinə paylanıılması nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR