AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yenilənmiş Xidmətlər Zərfinə nə daxildir - Açıqlama

  • + A
  • - A
  • 28-09-2023, 20:09

    Yenilənmiş Xidmətlər Zərfinə nə daxildir - Açıqlama

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinin müdiri Nicat Şirinov yenilənmiş Xidmətlər Zərfi barədə danışıb: “Xidmətlər Zərfinə 775 sayda yeni tibbi xidmət əlavə olunaraq 3315-ə çatdırılmışdır. Bu əlavə və dəyişikliklər zamanı beynəlxalq təcrübə, ixtisaslı həkimlərin rəyləri, müvafiq tibb müəssisələri tərəfindən təqdim edilən sorğu nəticələri, vətəndaş müraciətləri, Agentliyin struktur bölmələrindən daxil olan təkliflər nəzərə alınmışdır”.
    Şöbə müdiri Xidmətlər Zərfindəki tibbi xidmətlərin artırılmasının üstünlüklərinə də toxunub: “Yenilənmiş tibbi xidmətlər vətəndaş və həkimlər üçün faydalı olmağa yönəlib. Vətəndaşların öz maliyyə vəsaiti hesabına sığortadan kənar xidmət alması hallarının azalması, tibb müəssisələrinin maliyyə dayanıqlığının artırılması, tibbi xidmətləri əlçatan etməklə xəstəliklərin erkən aşkarlanması, yeni xidmətlər hesabına həkimlərin daha çox həvəsləndirici əlavə almaq imkanı yenilənmiş Xidmətlər Zərfinin üstünlüklərindəndir”. Nicat Şirinov bildirib ki, Xidmətlər Zərfinə əlavə edilən 775 tibbi xidmətdən 469-u cərrahi əməliyyatlardır.
    Orqan transplantasiyasının da limitli şəkildə artıq Xidmətlər Zərfi ilə təminata alındığını vurğulayan şöbə müdiri qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayının müvafiq olaraq 100, 150 və 20 olduğunu bildirib.
    Eyni zamanda əməliyyatların icra olunacağı tibb müəssisələrinin siyahısını da açıqlayıb:
    • Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası
    • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı
    • Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Hərbi Hospitalı
    • Mərkəzi Neftçilər Xəstəxanası
    • “Mərkəzi Klinika” MMC
    • Respublika Müalicəvi Diaqnostika Mərkəzi
    • Bakı Sağlamlıq Mərkəzi
    • Milli Hematologiya və Transfuziologiya Mərkəzi
    • Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası
    • “Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC
    • Bona Dea Beynəlxalq Xəstəxanası


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR