AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qadınların innovativ peşə bacarıqları artırılır - FOTOLAR

  • + A
  • - A
  • 28-09-2023, 23:19

    Qadınların innovativ peşə bacarıqları artırılır - FOTOLAR

    Sabirabadda "Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin “Qadınların innovativ peşə bacarıqlarının artırılması ilə iş axtarma imkanlarının genişləndirilməsinə dəstəyin göstərilməsi məqsədilə tədbirlərin təşkili” layihəsi uğurla icra olunur.

    Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilir. Layihə fəaliyyətləri çərçivəsində rayon və kənd yerlərində yaşayan 15 nəfər qadın artıq əməliyyat sistemləri və offis proqramlarını mənimsəmişlər. İndi onlar ehtiyaclara əsaslanan məlumatların əldə olunması üçün lokal və qlobal şəbəkələrdən istifadə edə bilirlər. Eyni zamanda brauzerlər, axtarış sistemləri, axtarış sistemlərindən məlumatların axtarılması və götürülməsi qaydaları barədə əldə etdikləri biliklər onların iş yerləri axtarmasını və vakansiyaları izləməsini asanlaşdırır.

    Qeyd edək ki, hal-hazırda Birliyin layihə çərçivəsində təlimləri davam edir.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR