AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Müqəddəs vətən torpağının ətri ruhumuzun qidasıdır” adlı layihənin icrası başa çatmaq üzrədir

  • + A
  • - A
  • 28-09-2023, 08:25

    “Müqəddəs vətən torpağının ətri ruhumuzun qidasıdır”  adlı layihənin icrası başa çatmaq üzrədir

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Əhalinin Maarifləndirilməsinə Mütəxəsislərin Dəstəyi İctimai Birliyinin həyata keçirdiyi “Müqəddəs vətən torpağının ətri ruhumuzun qidasıdır” adlı layihənin icrası başlanmışdır. Layihənin müqavilələri bağlanıb, hazırlıq işləri başa çatıb. Layihənin icrası məqsədi ilə çəkilməsi nəzərdə tutulan “Vətən ətri” filminin çəkilişləri bitdi. Film Agentliklə razılaşdırılmadan sonra təqdimat tədbiri hazırlandı..
    “Müqəddəs vətən torpağının ətri ruhumuzun qidasıdır” layihəsinin ideyası Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən oğulların tanıdılması və vətən sevgisi ruhunda gəncliyin yetişdirilməsi, Azərbaycanın qələbəsinə gəncliyin inamını və sevgisini artıqmaqdır.
    Layihədə tanıtmaq istədiyimiz şəhidlərimiz, Saatlı rayonunun Potubəyli kəndindən olan Amin Əmiraslanov, Saatlı rayonunun Bəylər kəndində 1 mart 1999-cu ildə anadan olan Elgiz Mehtiyev, İkram Şirvan oğlu Səmədov. Hər üç şəhid Saatlı rayonunda anadan olub və boya başa çatıblar. Lakin hər üç gənc Qarabağ sevdası ilə nəfəs alıblar. Bu vətənin müqəddəsliyinin anlamıdır. Hər üç gəncimiz Qubadlı, Füzuli, Cəbrayıl uğrunda döyüşüblər iki oğul Qubadlıda biri isə Şuşada şəhid olub. Bu fatehlərin hər üçü gəncliyimiz üçün bariz nümunədirlər

    “Müqəddəs vətən torpağının ətri ruhumuzun qidasıdır” layihəsinin əsas məqsədi Qarabağ uğrunda şəhid olan vətən oğullarının tanıdılması və gəncliyin onlardan nümunə götürməsinin təbliği. Bunun üçün biz layihəmizin icrası zamanı “Vətən ətri”filminin çəkilməsi yolu ilə təbliğat işlərinin apardıq.
    Layihənin vəzifəsi “Vətən ətri” sənədli filminin təqdimat təqdimat tədbirləri Saatlı rayon Mədəniyyət evində keçirildi..
    Tədbirdə saatlı rayon ictimaiyyəti, şəhidlərimizin ailəsi və yaxınları, Saatlı rayon şəhid ailələri, qazilər, şəhidlərimizin təhsil aldıqları məktəblərin şagirdləri, rayon icra kamimiyyətinin nümayəndələri iştirak edərək filmə baxıb öz fikirlərini bildirməklə yanaşı Agentliyə QHT və filmin yaradıcı heyətinə təşəkkür etdilər. Filmə aid disklərin çoxaldılaraq tədbir iştirakçılarına paylanıldı.

    Layihə rəhbəri
    Əhalinin Maarifləndirilməsinə Mütəxəsislərin
    Dəstəyi İctimai Birliyinin sədri Famil Gözəlov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR