AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Gənclər seçimi təmiz şəhərdir” layihəsi uğurla başa çatdırılıb - FOTOLAR

  • + A
  • - A
  • 29-09-2023, 10:40

    “Gənclər seçimi təmiz şəhərdir” layihəsi uğurla başa çatdırılıb - FOTOLAR


    Azərbaycan Tələbələr Birliyi tərəfindən həyata keçirilən “Gənclər seçimi təmiz şəhərdir” adlı layihə uğurla başa çatıb.

    Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Layihə çərçivəsində Mingəçevir Gənclər Evində keçirilən ümumilikdə 4 seminarda 200-dən çox gəncin iştirakı təmin edilib.

    Layihənin məqsədi gənclərə ekoloji məsələlərin diqqət mərkəzində saxlanması, cəmiyyətin sağlamlaşdırılması, ətraf mühitin qorunması və bu məsələdə gənclərin iştirakçılığının təmin edilməsi istiqamətində bilik və bacarıqların ötürülməsidir. Seminarlar teorik bilik və praktiki bacarıqların birləşdirilməsi prinsipi əsasında keçirilmiş və iştirakçılar ekoloji məsələlər haqqında ətraflı biliklərlə təmin olunub.

    Layihənin gələcəkdə daha geniş gənclər qruplarını əhatə edəcək şəkildə davam etdirilməsi iştirakçı gənclər tərəfindən arzulanıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR