AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qızlar arasında İT, kompyüter elmlərinin təbliği ilə bağlı təlimlər keçirildi - FOTOLAR

  • + A
  • - A
  • 29-09-2023, 18:23

    Qızlar arasında İT, kompyüter elmlərinin təbliği ilə bağlı təlimlər keçirildi - FOTOLAR

    İnnovasiya və Sosial İnkişaf İctimai Birliyi tərəfindən “Qızlar- Texnologiya İnnovasiyalar Akademiyası” adlı layihə həyata keçirilir.

    İnnovasiya və Sosial İnkişaf İctimai Birliyindən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi qızlar arasında İT, mühəndislik, kompyüter elmləri, data analitik, proqramlaşdırma kimi ixtisasları təbliğ və təşviq etməkdən, bu istiqamət üzrə karyera qurmaq istəyən qızların istəklərinə təkan verməkdən ibarətdir.
    Layihə çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri ilə “Qızlar Texnologiya İnnovasiyalar Akademiyası“ adlı əyani təlimlər keçirilmiş, onlara bakalavr və magistr pilləsində düzgün ixtisas seçimi etmələri ilə bağlı ətraflı məlumatlar verilmiş, interaktiv metodlar əsasında sorğular keçirilmiş və qarşılıqlı dialoq şəkilində fikir mübadiləsi edilmişdir. Bu təlimlərdə həmçinin mühəndis, robottexnika , proqramlaşdırma, data analitik, İT və digər bu kimi sahələrlə bağlı ətraflı məlumatlar, bilgilər verilmişdir. Təlimlərdə 100 nəfərə yaxın qızlar iştirak etmişdir.
    Həmçinin layihə çərçivəsində ixtisas seçimi mərhələsində olan qızların informasiya texnologiyaları sahəsində maraqlarının formalaşması və bu sahədə biliklərin əldə olunması məqsədi ilə www.gti.az adlı platforma (sayt) yaradılaraq istifadəyə verilmişdir. Bununla bağlı təlimlərdə də məlumat verilmiş və saytla bağlı iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılmışdır. Qeyd edək ki, bu platforma vasitəsi ilə qızlar seçdiyi ixtisasla bağlı karyera testindən istifadə edərək uyğun ixtisası seçə biləcək, eyni zamanda bununla bağlı peşəkar mütəxəsislərdən məlumat alacaqlar. Bütün bunlar qızlarda informasiya texnologiyası sahəsinə marağın artmasına şərait yaradacaq və gələckdə onların peşəkar kadr kimi formalaşmasına müsbət təsir eəcəkdir.


    Onu da vurğulamaq lazımdır ki, layihə həmçinin qızların iqtisadi asılılığının azalmasına, ümumilikdə isə gender əsaslı məişət zorakılığının aradan qaldırılması kimi vacib məsələnin həllinə müsbət təsir göstərəcəkdir.
    Qeyd edək ki, layihə çərçivəsində təlimlərin keçirilməsi davam edəcəkdir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR