AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İnklüziv peşə hazırlığı mərkəzinin təşkili və təşviqi” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 29-09-2023, 18:26

    “İnklüziv peşə hazırlığı mərkəzinin təşkili və təşviqi” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib - FOTOLAR

    “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi “İnklüziv peşə hazırlığı mərkəzinin təşkili və təşviqi” adlı layihəsi çərçivəsində növbəti tədbir iş planına uyğun olaraq sentyabrın 28-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilati dəstəyi ilə “Bakı KOB evin”in təlim mərkəzində QHT əməkdaşları və vətəndaş cəmiyyətinin üzvləri üçün keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilib.

    Tədbiri giriş sözü ilə Birliyin icraçı direktoru və sözügedən layihənin rəhbəri Arif Nəcimov açıq elan edib. O, tədbir iştirakçılarını salamladıqdan sonra layihənin məqsəd və vəzifələrindən, ölkəmizdə inklüziv peşə hazırlığı mərkəzlərinin təşkilinin əhəmiyyətindən, onların fəaliyyətinin sosial sahibkarlıq modelində təşkilindən və idarə olunmasından, təklif ediləcək xidmətlər və əməkdaşlıq imkanlarından, həmçinin dövlətimizin sözügedən sahədə gördüyü işlərdən və icra olunan proqramlar-layihələr haqqında məlumat verib.

    Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Regional layihələrlə iş və monitorinq şöbəsinin müdiri Kamran Bağırzadəyə cari layihənin ölkəmiz üçün əhəmiyyətini vurğulayıb. O, Agentlik və onun tərkibində fəaliyyət göstərən “KOB Dostu”, “KOBİM”, “KOB evi” və sahibkarlara təklif olunan xidmətlərdən, həmçinin qrant proqramından istifadə yolları haqqında ətraflı məlumat verib.

    Sonra maarifləndirici bir neçə video təqdimatı əyani olaraq tədbir iştirakçılarına göstərilib. Təlimçi-ekspert Leyla Rəhimova “Azərbaycanda əmək qabiliyyətli fiziki və zehni qüsurlu insanların əmək prosesinə cəlb olunması, onlarla düzgün ünsiyyətin təşkili və davranış qaydaları” adlı təlim mövzusu ətrafında qruplar üzrə müzakirələr aparıb. Qrup müzakirələrində iştirakçılar əmək qabiliyyətli fiziki və zehni qüsurlu insanların əmək prosesinə cəlb olunması, onlarla düzgün ünsiyyətin təşkili və davranış qaydaları, həmçinin öz təmsil etdikləri təşkilatlarda gələcəkdə qurulacaq inklüziv peşə hazırlığı mərkəzlarinin təşkilinin əhəmiyyətindən və yollarından ətraflı məlumat verib.

    “Xarici ölkələrdə İnkluziv peşə hazırlıq təlim və kurslarının təşkili” haqqında təlimçi-ekspert Əhəd Kazımov da çıxış edib. O, təşkilatlarda qurulacaq İnklüziv peşə hazırlığı mərkəzlərinin xarici ölkələrin təcrübəsindən istifadə etməyin faydalarından, həmçinin sözügedən mərkəzlərdə təlim və kurslarının təşkilinin sosial sahibkarlıq modeli əsasında qurulmasının əhəmiyyətindən və ölkəmizdə dövlət və bir neçə beynəlxalq təşkilatlar tərəfindən icra olunan peşə təhsili ilə əlaqədar layihələr haqqında məlumat verib. Ə.Kazımov öz çıxışının sonunda tədbir iştirakçılarına "Destekolaq.az" layihəsi haqqında məlumat verib və həmin platformadan faydalanma yollarını əyani olaraq adım-adım izah edib.

    Tədbir, təlimdə iştirak edənlərin suallarının layihə rəhbərliyi tərəfindən cavablandırılması və iştirakçı sertifikatlarının təqdim olunması ilə yekunlaşıb.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR