İranda saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilyarə Əsgərova oğlu ilə iki gün əvvəl danışdığını və onun səhhətində heç bir problem olmadığını bildirib.
“Apellyasiya məhkəməsinin nə vaxt keçiriləcəyi yaxın həftələrdə məlum olacaq. Onun əfv olunacağına ümid yoxdur”, – məhbusun anası mediaya bildirib.
Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Qabil oğlu Səfərli (1997-ci il təvəllüdlü) 2023-cü il fevralın 20-də İrana səfər edib və martın 4-dən ondan xəbər yoxdur. Sonradan onun İranda həbs olunduğu məlum olub.
İyulun 19-da məhkəmə prosesində Fərid Səfərliyə qarşı irəli sürülən “casusluq” ittihamı “casusluq niyyəti” ilə əvəz edilib.
Baş prokuror Kamran Əliyev jurnalistlərə bildirib ki, iranlı həmkarı ilə görüşündə ondan Fərid Səfərli ilə bağlı məsələyə humanizm prinsiplərinə uyğun baxılmasını istəyib.
Qeyd edək ki, Fərid Səfərli 2 il müddətinə azadlıqdan məhrum edilib. Moskva-Baku
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.