AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Leykemiya hökm deyil” adlı tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 3-10-2023, 16:22

    “Leykemiya hökm deyil” adlı tədbir keçirilib - FOTOLAR

    Azərbaycanda 10 milyon əhalinin arasında son vaxtlar daha tez-tez rast gəlinən 3000-dən çox qan xərçəngindən (leykemiya) əziyyət çəkən vətəndaşlarımız müalicə üçün müxtəlif tibb müəssisələrinə müraciət edirlər. Müalicəyə müraciət edənlərin 45 %-i məktəbəqədər və məktəbyaşlı uşaqlardı.

    “Leykemiya ilə mübarizə” İctimai Birliyinin rəhbəri Mehriban Bağırova QHT.az-a bildirib ki, çox vaxt cəmiyyət arasında “Ağ qan qırmızı qanı yeyir” ifadəsi ilə belə bir yanlış fikir irəli sürülür və bu da ailədə qan xərçəngindən (leykemiya) əziyyət cəkən insana ölüm hökmü kimi səslənir: “Azərbaycanın ucqar rayon və kəndlərində yaşayan ailələr bu hökmlə barışıb, xəstə ailə üzvünü ölümlə üz-üzə qoyur və qan xərçənginə duçar olmuş 45% uşaqların yalnız yarısı valideynlərin müraciəti ilə adekvat müalicə alır, digər yarısı isə ümüdlərini itirərək uşaqları müalicəsiz qoyurlar. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “Leykemiya hökm deyil! - qan xərçəngi haqqında əhalinin düzgün məlumatlandırılması” adlı layihə maliyyələşdirilib. Layihə 01 avqust 2023-cü il tarixindən 31 oktyabr 2023-cü ilə qədər davam edəcək”.

    Mehriban Bağırova həmçinin qeyd edib ki, tibb elminin inkişafı Azərbaycana təsir etdiyinə görə qan xərçəngindən əziyyət cəkən insanlar vaxtında tibb müəssisələrinə müraciət edərək adekvat müalicə alır və sağlamlığına qovuşur: “Sağalmada yüksək nəticələri nəzərə alıb, bu barədə əhali arasında düzgün məlumatlandırma kampaniyasının keçirilməsi zəruridir. Azərbaycanda qan xərçəngi (leykemiya) haqqında yanlış stereotiplərin aradan qaldırılması üçün aksiyalar, maarifləndirici seminarlar, televiziya və radio şou verilişləri, sosial çarxın çəkilişi kimi müxtəlif səpkidə tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə layihə çərçivəsində 29 sentyabr 2023-cü il tarixində Lənkəran şəhəri Mərkəzi rayon Xəstəxanasında “Leykemiya hökm deyil” adlı tədbir keçirilib. Tədbirdə Yeni klinikanin həkim-hematoloqu Sevil Cəlilova “Leykemiyanın erkən diaqnostikası və müalicəsi”, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim - hematoloqu Firəngiz Nəzərli “Leykemiyalarda kimyəvi terapiya və gidalanma”, Totem psixologiya Mərkəzinin psixoloqu Aynur İsmayılova “Xəstəlik taleyimiz deyil” mövzularında çıxış ediblər. Sonra “Leykemiya ilə mübarizə” İctimai Birliyinin üzvü Dilşad Əzizli tərəfindən təşkilatın gördüyü işlər haqqında məlumat verilib və sosial çarx göstərilib. Tədbirdə Lənkəran şəhəri Mərkəzi Rayon Xəstəxanasının tibb işçiləri, regionda yaşayan insanlar və leykemiyalı xəstələrin valideynləri iştirak ediblər”.

    Əlaqə nomrələri : 055-677-32-58, 050-793-59-33

    E-mail: mehriban63@mail.ru











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR