AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT layihəsini sona çatdırıb - FOTOLAR

  • + A
  • - A
  • 4-10-2023, 10:36

    QHT layihəsini sona çatdırıb - FOTOLAR

    "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin icra etdiyi" Jest Dilində İcbari Tibbi Sığorta xidmətləri haqqında məlumat bazanın yaradılması və maarifləndirici tədbirlərin təşkili" layihəsi sona çatıb.

    Layihə rəhbəri Cəmilə Çingiz qızı bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur: “İyulun 1-də icrasına başlanan layihə 3 ay davam edərək, İcbari Tibbi Sığorta haqqında çəkilən 8 video çarx Jest dilində tərcümə olunub. Hər bir tərcümə olunan video çarxlara uyğun QR code hazırlanıb. Hazır QR-lar İTS haqqında kitabça və bukletlərə vurularaq çap edilib. Çap olunmuş materiallar Bakı Baş Səhiyyə Mərkəzinə verilib. Səhiyyə mərkəzinin ictimaiyyətlə əlaqələr departamentinin məlumatına əsasən materiallar Bakı şəhərində 400-dən çox səhiyyə tibb poliklinikalarına paylanacaq. Bununlada Azərbaycanda yaşayan eşitmə məhdudiyyətli insanların İTS haqqında Jest dilində məlumatlanaraq, səhiyyəyə əlçatanlığını, bərabər hüquqlatının təmin edilməsinə qismən də olsa nail ola bildik”.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR