AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qobustan rayonunda bir qrup müharibə iştirakçıları ilə görüş keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 4-10-2023, 10:41

    Qobustan rayonunda bir qrup müharibə iştirakçıları ilə görüş keçirilib - FOTOLAR

    Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Qobustan rayonunda, “Gənclər Evi”ndə “Müharibə Veteranlarının Hüquqi Maarifləndirilməsi” layihəsi çərçivəsində bir qrup müharibə iştirakçıları ilə görüş keçirilib.

    Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirilir. Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyininin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov, Birliyin Nəzarət-Təftiş Komissiyasının sədri Niyazi Quliyev, AVMVİB Qobustan rayon şöbəsinin sədri Toğrul Şabanov, Qobustan rayon şöbəsinin sədr müavini Faiq Abduləliyev, AVMVİB Şamaxı rayon şöbəsinin sədri Fuad Şəmiyev, AVMVİB Xətai rayon şöbəsinin sədr müavini Əhli Həbiyev, Qobustan rayon icra hakimiyyətinin məsul əməkdaşı Surət Həsənov, rayon müharibə veteranları və qazilər iştirak edirdilər.

    Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyininin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov tədbir iştirakçılarını məlumatlandırıb: “Layihənin əsas məqsədi veteran problemlərinin əsas aspektləri və bu problemlərin həlli yolları ilə bağlı maarifləndirməkdən ibarətdir. Bundan başqa biz müharibə veteranlarını hüquqi cəhətdən maarifləndirmək, problemlərin həllində onlara yardımçı olmaq, veteranların birgə səyilə problemlərin üzə çıxarmağın yollarını araşdırmağı qarşıya məqsəd kimi qoymuşuq”.

    Qeyd edək ki, görüşdə müharibə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bu günə kimi veteran vəsiqəsi ala bilməyən keçmiş döyüşçülərə veteran vəsiqəsinin alınması üçün lazımi sənədlərin toplanılmasında köməkliklər göstərildi. Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdiriblər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR