AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

3 oktyabr 1993-cü il - Azərbaycan dövlətçiliyi tarixinin parlaq səhifəsi

  • + A
  • - A
  • 4-10-2023, 12:19

    3 oktyabr 1993-cü il - Azərbaycan dövlətçiliyi tarixinin   parlaq səhifəsi

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan dövlətçiliyinin tarixində 3 oktyabr 1993-cü il ən önəmli hadisə kimi yaddaşlarda qalmışdır. Xalqımız həmin gün taleyüklü məsələni həll edərək, Ümummilli Lider Heydər Əliyevin böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsinə tərəfdar çıxdı. Birmənalı olaraq qeyd etmək lazımdır ki, xalqımız Heydər Əliyevin 1969-1982-ci illərdə hakimiyyətdə olduğu dövrdə ölkəmiz üçün gördüyü möhtəşəm işləri unutmamışdı və Azərbaycanı tərəqqiyə, yeni böyük uğurlara aparacağına tamamilə əmin idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin tarixi hadisəni xatırlayaraq demişdir ki, “müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”.
    Ulu Öndərin Dövlət Başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və iqtisadi-siyasi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ən mühüm məsələlər sırasında xüsusi yer tutan güclü və nizami ordunun yaradılmasını prioritet kimi müəyyən edən Ümummilli Lider 1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki çıxışında qeyd etmişdir ki, “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az işlər görülmüşdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”. Sözün əsl mənasında, əldə etdiyimiz Böyük Zəfərin, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasının təməli Ulu Öndər tərəfindən qoyulub.
    Ümummilli Liderin inkişaf və tərəqqi strateqiyasını parlaq formada həyata kecirən Dövlət Başçısı İlham Əliyevin möhtəşəm səyləri nəticəsində bütövlükdə Cənubi Qafqaz regionunda təhlükəsizlik arxitekturası əhəmiyyətli dərəcədə dəyişmiş, Azərbaycan qlobal miqyasda ən ciddi söz sahibi olmuşdur.
    Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır, Ulu Öndərin siyasi kursu dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü məsələlərdə ən çətin sınaqlardan uğurla çıxmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR