AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“And yerimiz –şəhidlər” adlı kitabın təqdimatı keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 4-10-2023, 19:07

    “And yerimiz –şəhidlər” adlı kitabın təqdimatı keçirilib - FOTOLAR

    “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi layihə zamanı vaxtı ilə Quba, Qusar və Xaçmaz rayonlarında yaşamış, Vətənimizin azadlığı uğrunda ikinci Qarabağ müharibəsi zamanı şəhid olmuş igidlərimiz barədə yerli icra hakimiyyətlərindən alınmış statistik məlumatlar əsasında “And yerimiz-şəhidlər” (II hissə) adlı kitab nəşr etdirib.

    Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. Oktyabr ayının 3-də Qubada Bələdiyyəsində “And yerimiz-şəhidlər” adlı kitabın təqdimatı keçirildi. Tədbir Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri və layihə rəhbəri Tahir Xudiyev layihə barədə məlumat verərək kitabı tədbir iştirakçılarına təqdim etdi və bildirdi ki, layihənin məqsədi kitab nəşr etdirməklə yanaşı, yerlərdə şəhid ailələri və qazilərə, əlilliyi olan və digər imtiyazlı şəxslərə dövlətin sosial-siyasi qayğısının lazımınca icra olunmasına ictimai nəzarət etmək və yeri gəldikdə problemlərinin həllinə ictimai dəstək göstərməkdən ibarət olmasından danışdı.

    Tədbirdə çıxış edən Quba Rayonu İcra Başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova, Birliyin Şəhid anaları şöbəsinin rəhbəri, şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva, Birliyin İdarə Heyəti üzvü, AzTV-nin redaktoru, əməkdar jurnalist Zərnişan Turan, Birliyin üzvü, 2-ci qrup əlil Tahir Quliyev, Quba Bələdiyyəsinin sədri Humayə Məmmədova çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızn düşmənlərdən azad edilməsi və ərazi bütövlüyümüzün bərpası yolunda Ordumuzun sücaətindən danımış, şəhidlərimizn xatirəsini ehtiramla anmışlar. Şəhid Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun anası Nərgiz Allahyarova, şəhid Səttər Piriyevin anası Ofeliya Piriyeva, şəhid Tamerlan Əliyevin anası Zümrüd Xaliqova çıxış edərək təşəkkürlərini bildiriblər. Şəhid balalarımızın tanıdılması, adlarının, xatirələrinin əbədiləşdirilməsi üçün nəşr olunan kitabların, çəkilən filmlərin onlara xeyli təsəlli olmasından bəhs ediblər.

    Tədbirdə şəhid ailələri və qazilər, Quba Rayonu İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin Təşkili şöbəsinin müdiri Asəf Şirinov, Quba RİH-nın məsləhətçisi Əhməd Nurullayev, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Birliyin İdarə Heyəti üzvü Məlahət Abdullayeva Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin tanıdılması, xatirələrinin əbədiləşdirilməsinin hər birimizin borcu olduğunu və onların tanıdılmasına yaradılan şəraitə görə dövlətimizə, Agentliyə, Quba Rayonu İcra Hakimiyyətinin bütün əməkdaşlarına təşəkkürünü bildirib. Sonda xatirə şəkli çəkilib.

    Tədbirdən sonra Birliyin əməkdaşları və Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri Azərbaycan Respublikasının suverenliyinin tam bərpa olunması ilə nəticələnən Azərbaycan Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində şəhid olan Quba rayon sakinlərinin ailələrində olublar.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR