AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mediasiya Şurası vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya xidmətləri göstərəcək

  • + A
  • - A
  • 5-10-2023, 18:42

    Mediasiya Şurası vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya xidmətləri göstərəcək

    ELAN❗️

    "Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association tədbirləri planı çərçivəsində ARVK və Azərbaycan Respublikası Mediasiya Şurası vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya xidmətləri göstərəcək.

    Belə ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri ilə Sumqayıt 1 saylı Mediasiya təşkilatının mediatorları tərəfindən “Vəkillik və mediasiya xidmətinin praktiki məsələləri” mövzusunda dəyirmi masa keçirilməsi, o cümlədən vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya üzrə məsləhətlərin verilməsi nəzərdə tutulur.

    Tədbir 10 oktyabr 2023-cü il tarixdə, saat 10:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutacaq.

    Eyni zamanda, oktyabrın 12-də Bakı şəhər 12 saylı Vəkil Bürosu tərəfindən Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının inzibati binasında, Gəncə şəhər 1 saylı Vəkil Bürosu tərəfindən Gəncə şəhəri, Cavadxan küçəsi, 53 ünvanında və oktyabrın 14-ü saat 11:00-da isə Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosu tərəfindən Qəbələ Mədəniyyət Evində ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək.

    Qeyd edək ki, 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir.

    Əlaqələndirici şəxs: Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (əlaqə nömrəsi: 012 594 99 85, 050 340 09 81).


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR