AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zəlzələyə davamlı binaları necə tikmək olar? Yaponiya memarları Bakıdadırlar

  • + A
  • - A
  • 6-10-2023, 10:06

    Zəlzələyə davamlı binaları necə tikmək olar? Yaponiya memarları Bakıdadırlar

    “Azərbaycan zəlzələyə davamlı binaların tikintisində Yaponiyanın təcrübəsindən yararlanmaq istəyir. Bu məqsədlə Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həmin ölkənin memarlarını ölkəmizə gətirmişik.”
    Bu sözləri bu gün Ümumdünya Memarlar Günü münasibəti ilə "Bakı KOB Evi"ndə keçirilən “ Memarlıq irsi: Müasir və gələcək trendlər” adlı konfransda Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" İB-nin(ATMİA) Baş katibi Şahanə Sarı deyib.
    O məlumat verib ki, Yaponiyanın "Pacific Co" Beynəlxalq Korporasiyanın nümayəndəsi, Memarlıq departamentinin baş memarı Yoko Şiraişi başda olmaqla ölkəsinin bir qrup şirkət nümayəndələri Azərbaycandadırlar.
    “Bilirsiz ki, son illər təbii fəlakətlər və o cümlədən zəlzələlər, dünanın bir çox ölkəsində ciddi fəlakətlərə səbəb oldu. Ona görə də, Azərbaycanda da zəlzələyə davamlı binaların tikintisində Yaponiya təcrübəsindən yararlanmağa dəyər", Şahənə Sarı vurğulayıb.
    Ş. Sarı deyib ki, təmsil etdiyi assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına, inşaat sektorunun inkişafına dəstək verməkdən, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi va sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdən ibarətdir. “Biz həmçinin yerli şirkətlərimizin ölkədən xaricdə tanınmasına dəstək verməklə “Made in Azerbaijan” brendinin təşviqini aparırıq.”
    Çıxış edən Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Çuniçi Vada qeyd edib ki, iki ölkə arasındakı əməkdaşlıq bir sıra sahələrdə öz tövhəsini verir və tikinti sahəsində də əməkdaşlığın olması vacibdir.
    Səfir əlavə edib:"Yaponiya zəlzələlərin çox olduğu ölkədir. Buna görə də tikinti sahəsində müasir texnologiyalar tətbiq edilir. Ümid edirəm ki, bu tədbir sonrası Yaponiya təcrübəsi barədə geniş məlumat əldə olunar, şirkətlər arasında əməkdaşlıq qurular. Biz bu əməkdaşlığı da dəstəkləyirik."
    Geniş təqdimatla çıxış edən Pasific. Co. Beynəlxalq Korporasiyanın baş memarı Yoko Şiraişi deyib ki, 1951-ci ildə təsis edilən gündən Yaponiyada aparıcı mühəndislik konsaltinq şirkəti olaraq, "Pacific Consultants Co. Ltd" ham yerli, həm də xaricdə sosial infrastruktur layihələri, o cümlədən geniş çeşiddə mühəndislik və tikinti konsaltinq xidmətləri göstərilib: “Çox sayda dəmir yolları, limanlar, hava limanları, yollar, körpülər və tunellər və s. strateji obyektlərin, o cümlədən dövlət və özəl sektor üçün binaların tikintisini uğurla həyata keçirilib".
    O əlavə edib ki, Bakının cəlbedici, müasir, icra texnikasına görə bir birindən seçilən binaları var: “Qısa müddət ərzində şəhərinizlə tanış olarkən diqqəçəkən, unikal, qədim və müasir memarlıq abidələrini gördük. Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu deyə bilərik".
    Qeyd edək ki, ATMİA 2017-ci ildə yaranıb və 400-dən çox tikinti materialları istehsalçıları və tikinti şirkətlərini özündə birləşdirən qurumdur.
    Raminə Eyvazqızı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR