AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İmamqulubəyli kəndində keçirilən aksiyada cəmi 8 müraciət ünvanlandı

  • + A
  • - A
  • 6-10-2023, 17:06

    İmamqulubəyli kəndində keçirilən aksiyada cəmi 8 müraciət ünvanlandı


    Fərdi yaşayış evindəki qaz tənzimləyicinin yenisi ilə əvəz olunması, debitor borcun araşdırılması və qaz sayğacının yerinin dəyişdirilməsi ilə yanaşı, digər müraciətlər də Ağdam rayonunda təşkil olunan “Səyyar qəbul otağı”nda səsləndirilib. Digər müraciətlərə gəlincə, Əlyəddin Mustafayev qaz xəttindəki sızma barədə rəhbər şəxsləri məlumatlandırıb. Kənd sakinlərindən biri Allahverdi Qasımov isə debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsini xahiş edib. İmamqulubəyli kəndinin sakinləri müraciətlərini ünvanladıqdan sonra Birliyin rəhbər şəxsləri tərəfindən vətəndaşlara onları narahat edən problemlərlə bağlı ətraflı məlumat verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR