AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Müharibə Veteranlarının Hüquqi Maarifləndirilməsi" layihəsi çərçivəsində Göyçayda tədbir keçirilib

  • + A
  • - A
  • 7-10-2023, 16:48

    "Müharibə Veteranlarının Hüquqi Maarifləndirilməsi" layihəsi çərçivəsində Göyçayda tədbir keçirilib

    Oktyabrın 6-da Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı ilə Göyçay rayonunda, YAP Göyçay rayon təşkilatının akt zalında “Müharibə Veteranlarının Hüquqi Maarifləndirilməsi” adlı layihə üzrə tədbir keçirilib.
    Tədbir öncəsi Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə müharibə veteranları gül dəstələri qoyublar.
    Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
    YAP Göyçay rayon təşkilatının akt zalında keçirilən tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəzarət Təftiş komissiyasının sədri Niyazi Quliyev, Göyçay rayon İcra Hakimiyyətinin Vətən Müharıbəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Göyçay rayon şöbəsinin sədri Zaur Qəribov və müharibə veteranları və qazilər iştirak ediblər.
    Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini Vahid Abdurəhmanov iştirakçılara layihə haqqında qısa məlumat verərək bildirib ki, layihənin məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mərdliklə döyüşmüş, birinci və ikinci Qarabağ döyüşlərində iştirak etmiş müharibə veteranlarının hüquqi maarifləndiriməsi, onların yerlərdə üzləşdikləri sosial problemlər və onların həlli yollarının araşdırılmasıdır.
    Vahid Abdurəhmanov bu şəraiti yaratdıqlarına görə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Göyçay rayon İcra Hakimiyyəti rəhbərliyinə öz minnətdarlığını çatdırdı. Problemlərin həllində hər bir veteranımızın yanında olacağını qeyd etdi. Bu cür tədbirlər Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin yürütdüyü sosial siyasətə dəstək xarakteri daşıyır.
    Göyçay rayon İcra Hakimiyyətinin Vətən Müharıbəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov öz çıxışında bildirdi ki, rayonda müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə daim diqqət var. Onların müraciətlərinə dərhal cavab verilir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR