“Hərbi əməliyyatlara görə İsraildə çətin vəziyyətdə qalan, hazırda sığınacaqda olan müğənni Samirə Əfəndi ilə əlaqə saxladım, özü və yanındakı 4 nəfər həyəcanlı anlar yaşasalar da, yaxşıdırlar”.
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkə hesabında yazıb.
“Onların sağ-salamat vətənə qayıtmaları üçün Diasporla İş üzrə Dövlət Komitəsi və İsraildə olan diaspor təşkilatları əllərindən gələni etməyə hazırdırlar. Gün ərzində Samirə xanımla yenidən əlaqə yaradacağıq”, - deyə şöbə müdiri bildirib.
Qeyd edək ki, müğənni Samirə Əfəndi ailə üzvləri ilə birlikdə İsrailin Tel-Aviv şəhərində çətin vəziyyətdə qalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.