AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“And yerimiz - şəhidlər” kitabının Xaçmazda təqdimatı keçirildi - FOTOLAR

  • + A
  • - A
  • 7-10-2023, 19:20

    “And yerimiz - şəhidlər” kitabının Xaçmazda təqdimatı keçirildi - FOTOLAR


    “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (BƏC İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi layihə zamanı vaxtı ilə Quba, Qusar və Xaçmaz rayonlarında yaşamış, Vətənimizin azadlığı uğrunda ikinci Qarabağ müharibəsi zamanı şəhid olmuş igidlərimiz barədə yerli icra hakimiyyətlərindən alınmış statistik məlumatlar əsasında “And yerimiz-şəhidlər” (II hissə) adlı kitab hazırlayıb.


    Layihə çərçivəsində oktyabrın 6-da Xaçmaz şəhəri 5 nömrəli tam orta məktəbində şəhid ailələri, məktəbin müəllim və şagird heyyətinin iştirakı ilə “And yerimiz-şəhidlər” kitabının təqdimatı keçirildi.

    Tədbiri giriş sözü ilə açan “Beynəlxalq Əlillər Cəmiyyəti” İB sədri Tahir Xudiyev Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyi təklif etdi. Sonra yerli icra hakimiyyətlərindən alınmış statistik rəqəmlər əsasında nəşr olunmuş “And yerimiz-şəhidlər” kitabında Xaçmaz rayonunun igid oğullarının vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan söz açaraq hər biri haqqında bir ayrıca kitab yazmağa, filmlər çəkilməyə layiq olduqlarını xüsusi qeyd etdi. Bundan başqa Tahir Xudiyev söylədi ki, sizin həmyerliniz, “And yerimiz şəhidlər” adlı kitaba ön söz yazan ədliyyə general-mayoru Hüseyn Əlixanovun həm birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində iştirak edərək şəhid olan doğmaları, əzizləri var. Hüseyn müəllim bu tədbirdə də böyük məmnuniyyətlə iştirak etmək arzusundaydı. Lakin səhhətində yaranan problemlə əlaqədar iştirak edə bilməməsindən təəssüfləndi və salamlarını sizlərə çatdırmağı xahiş etdi.


    BƏC İB-in dəvəti ilə tədbirdə iştirak edən Müdafiə Nazirliyi Şəhid Ailələri və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova xaçmazlı şəhid analarına üz tutaraq Vətənimizin yağılardan, düşmənlərdən qorunması sərhədlərimizin bütövləşdirilməsi uğrunda layiqli övladlar yetirdiyinə görə Müdafiə Nazirliyi adından da təşəkkürlərini bildirdi və şəhid ailələrinin şəsxi problemlərinin həllinə dəstək məqsədi ilə qeydlər götürdü.


    Şəhid Sərxan Mirzəmədovun anası Bibixanım müəllimə şəhid anaları adından möhtərəm Prezidentimizin daima şəhid ailələrinə diqqət və qayğı göstərməsindən söz açdı, bu kitabın ailələrə mənəvi-psixoloji cəhətdən təsəlli olduğunu bildirdi.


    BƏC İB-in İdarə Heyəti üzvü, AzTV-nin redaktoru, əməkdar jurnalist Zərnişan Azayeva “And yerimiz-şəhidlər” kitabının təqdimatının məhz məktəbdə keçirilməsinin şagirdlərə vətən uğrunda can verən şəhidlərimizin həyat və qəhrəmanlığının vətənpərvərlik baxımından örnək yeri olduğunu vurğuladı.


    Xaçmaz Rayonu İcra Hakimiyyətinin Baş məsləhçisi, müharibə veteranı Tariyel Didarov “And yerimiz-şəhidlər” kitabının Şimal bölgəsi üzrə Quba, Xaçmaz, Qusar şəhidlərinin adlarının, ünvanlarının bir kitabda əbədiləşməsini yüksək qiymətləndirdi.

    Xaçmaz rayon ağsaqqalı, şair Məmməd Qədir Vətənə, şəhidlərə həsr olunan şeirlərini oxudu və “And yerimiz- şəhidlər” kitabını araya-ərsəyə gətirən BƏC İB-ə təşəkkürünü bildirdi.


    BƏC İB-in İdarə Heyəti üzvü Məlahət Abdullayeva şəhid analarına üz tutaraq önların övladlarının laynız ailələri üçün deyil, bütün Azərbaycan xalqı üçün qürur yeri olmasından, bütün dünyanın onların qəhrəmanlığına, hünərinə heyran olmasından danışdı və belə layiqli övladlar yetişdirən ailələrə təşkilat adından təşəkkürünü bildirdi.


    Şəhid Hüseynli İlqarın anası Səməngül xanım yaxınlaşaraq göz yaşları ilə - bu gün İlqarın 47 yaşı tamam olur, bu kitab onun doğum günündə mənə ən əziz bir hədiyyədir-deyərək kitabı bağrına basdı.
    Təşkilatın sədri kitabları ailələrə, məktəbin kitabxanasına təqdim etdi. Sonda şəhid ailələri, eləcə də şagirdlərlə xatirə şəkli çəkildi.


    Qeyd edək ki, tədbirdən bir gün əvvəl Xaçmaza gedən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB layihəyədən kənar olaraq, heç bir yerdən maddi dəstək almadan, həmin vaxt Xaçmaz rayonunda yaşamış 19-20 sentyabrda respublikamızda keçirilən lokal xarakterli antiterror əməliyyatında şəhid olan qəhrəmanların ailələri ilə görüşdə olan korpus komandiri, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Telman Hüseynov, MN-nın şöbə müdiri Zümrüd Səmədova, hərbi heyyətləri ilə birlikdə şəhidləri anma mərasimində iştirak etdi.
    Lokal Antiterror əməliyatı zamanı şəhid olan qəhrəman övladların ailələrinə BƏC İB-in sədri Tahir Xudiyev tərəfindən müqəddəs Quran kitabı və Məkkə xurması, “And yerimiz-şəhidlər” kitabı da təqdim edildi. Yerli əhali, eyni zamanda qazilər və şəhid ailələri ilə keçirdiyimiz sorğu zamanı Xaçmaz Rayonu İcra Başçısı Elnur Rzayev ilə bərabər, Xaçmaz Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru, səhiyyə əlaçısı, əməkdar həkim Səyyaf Tağıyevə şəhid ailələri və qazilərə göstərdikləri xüsusi diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər. Onu da xüsusi ilə qeyd etmək istərdik ki, baş çəkdiyimiz ailələrdə övladı şəhid olan ata-analardan eşitdiyimiz – təki Vətən sağ olsun, Azərbaycanımızın torpaqları bütövləşsin-, kəlamları oldu. Övladları ilə fəxr etdiklərini söylədilər.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR