Hazırda Azərbaycanda əhalinin illik təbii qaz istehlakının 1200 kubmetrədək olan hissəsi 12 qəpikdən hesablanır. 1200-2500 kubmetrədək və 2500 kubmetrdən çox olan hissələr üçün isə təbii qaz tarifləri müvafiq olaraq 20 və 25 qəpik müəyyən edilib.
Rəsmi açıqlamaya görə, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan:
1 milyon 537 min abonent 12 qəpik tarifilə (ümumi abonentlərin 61%),
874 min abonent 20 qəpik tarifilə (ümumi abonentləin 34,7 %)
108 min abonent isə 25 qəpik tarifilə (ümumi abonentləin 4,3 %) qazdan istifadə edib”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.