Oktyabrın 12-də Qaçqın və Deportasiya Olunmuşlara Dayaq İctimai Birliyi Abşeron Rayonunun Fatmayı kənd tam orta məktəbində “Narkomaniya ilə mübarizə istiqamətində maarifləndirmə” mövzusunda tədbir keçirib.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Birlikdən verilən məlumata görə, tədbirdə layihə rəhbəri Oktay Sadıqov hazırda dünyanı ciddi şəkildə narahat edən, sərhəd tanımayan, irqindən, dinindən, milliyyətindən, yaşından asılı olmayaraq bütün əhali təbəqəsini əhatə edən narkomaniyanın ağrılı problem olmaqla yanaşı bütün dövlətləri, millətləri və xalqları düşündürən, günü-gündən əhatə dairəsi daha da genişlənən ümumbəşəri bir bəlaya çevrildiyini məktəblilərin diqqətinə çatdırıb: “Dövlətimiz müstəqillik əldə etdikdən sonra, həm Ümummilli Lider Heydər Əliyev, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev narkonomiya və narkobizneslə mübarizəni həmişə diqqət mərkəzində saxlayıblar. Ölkəmiz mühüm tranzit ölkə olduğu üçün ölkə ərazisinə qaçaqmalçılıq və gizli yolla xeyli miqdarda narkotik maddə gətirilir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu günkü narkotik istifadəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. İctimaiyyətin, ailənin və məktəbin əsas, ümdə vəzifələrindən biri gələcəyimiz olan gəncləri bu cür zərərli vərdişlərdən uzaq durmad istiqamətində tərbiyə etməkdir”.
Layihə rəhbəri həmçinin qeyd edib ki, sağlam cəmiyyət formalaşdırmaq üçün ilk növbədə sağlam gənclər yetişdirilməlidir: “Dövlətin, millətin gələcəyi sağlam, ehtibarlı, vətənpərvər gənclərdən çox asılıdır. Onlar dövləti qoruyan, inkişaf etdirən başlıca sütundur. Ona görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur”.
Tədbirdə çıxış edənlər, layhənin psixoloqu İstək Bəxtiyarova, məktəbin direktoru Vəfa Məhəmmədova və direktor müavini Bikə Kərimova məktəblilərə mərkəzi sinir sisteminə təsir göstərən, onu qəbul edənlərin fiziki və psixoloji cəhətdən məhv olmalarına, müalicəsi mümkün olmayan xəstəliklərə gətirib çıxaran narkotik maddələrdən uzaq durmağı tövsiyyə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.