Azadmedia.az "Soruşun cavab verək" rubrikasını davam etdirir. Bu dəfə sual statistika idarələrinin cərimə etmək səlahiyyətlərinin olub-olmaması ilə bağlıdır.
- Rayon (şəhər) statistika idarələrinin cərimə etmək səlahiyyətləri varmı?
Bu, "Rəsmi statistika haqqında" Qanun - Maddə 27 ilə tənzimlənir. Bura Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə məsuliyyət də daxildir. Rəsmi statistika materiallarının istehsalı üçün zəruri olan məlumatların təqdim edilməməsinə, yaxud vaxtında təqdim edilməməsinə, hesabatların təhrif edilməsinə, habelə inzibati mənbələrə girişi təmin etmədiklərinə görə cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir. Məsuliyyətə cəlb etmə hüquqi və fiziki şəxsləri statistik məlumatları təqdim etməkdən azad etmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.