“Leykemiya ilə mübarizə” İctimai Birliyi “Leykemiya hökm deyil! - qan xərçəngi haqqında əhalinin düzgün məlumatlandırılması” adlı layihəsinin icarsını davam etdirir. Layihə 01 avqust 2023-cü il tarixindən 31 oktyabr 2023-cü ilə qədər davam edəcək.
Birliyin rəhbəri Mehriban Bağırova bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir: “Azərbaycanda 10 milyon əhalinin arasında son vaxtlar daha tez-tez rast gəlinən 3000-dən çox qan xərçəngindən (leykemiya) əziyyət çəkən vətəndaşlarımız müalicə üçün müxtəlif tibb müəssisələrinə müraciət edirlər. Müalicəyə müraciət edənlərin 45 %-i məktəbəqədər və məktəbyaşlı uşaqlardı. Çox vaxt cəmiyyət arasında “Ağ qan qırmızı qanı yeyir” ifadəsi ilə belə bir yanlış fikir irəli sürülür və bu da ailədə qan xərçəngindən (leykemiya) əziyyət cəkən insana ölüm hökmü kimi səslənir. Azərbaycanın ucqar rayon və kəndlərində yaşayan ailələr bu hökmlə barışıb, xəstə ailə üzvünü ölümlə üz-üzə qoyur və qan xərçənginə duçar olmuş 45% uşaqların yalnız yarısı valideynlərin müraciəti ilə adekvat müalicə alır, digər yarısı isə ümüdlərini itirərək uşaqları müalicəsiz qoyurlar”.
Mehriban Bağırova həmçinin qeyd edib ki, tibb elminin inkişafı Azərbaycana təsir etdiyinə görə qan xərçəngindən əziyyət cəkən insanlar vaxtında tibb müəssisələrinə müraciət edərək adekvat müalicə alır və sağlamlığına qovuşur: “Sağalmada yüksək nəticələri nəzərə alıb, bu barədə əhali arasında düzgün məlumatlandırma kampaniyasının keçirilməsi zəruridir. Azərbaycanda qan xərçəngi (leykemiya) haqqında yanlış stereotiplərin aradan qaldırılması üçün aksiyalar, maarifləndirici seminarlar, televiziya və radio şou verilişləri, sosial çarxın çəkilişi kimi müxtəlif səpkidə tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə layihə çərçivəsində 13 oktyabr 2023-cü il tarixində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında “Leykemiya hökm deyil” adlı tədbir keçirilib. Tədbirdə Yeni klinikanin həkim-hematoloqu Sevil Cəlilova “Leykemiyanın erkən diaqnostikası və müalicəsi”, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim - hematoloqu Firəngiz Nəzərli “Leykemiyalarda kimyəvi terapiya və gidalanma”, Totem psixologiya Mərkəzinin psixoloqu Aynur İsmayılova “Xəstəlik taleyimiz deyil” , “Stimul Consalting”MMC-nin təsisçi direktoru Vüsal Mehrəliyev “Onkoloji və hematoloji xəstələr İcbari Tibbi sığortanın zərflər paketindən istifadə edə bilərmi” mövzularında çıxış ediblər. Sonra “Leykemiya ilə mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova və birliyin üzvü Dilşad Əzizli tərəfindən təşkilatın gördüyü işlər haqqında məlumat verdi və sosial çarx göstərilib. Tədbirdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının tibb işçiləri, Tibb kolleclərin müəllim və tələbələri, Bakı və Bakı ətrafında yaşayan insanlar və leykemiyalı xəstələrin valideynləri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.