Oktyabrın 17-də Tərtər rayonunda Yeni Azərbaycan Partiyasının akt zalında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən müharibə veteranlarının hüquqi maarifləndirilməsi mövzusunda təlim keçirilib.
Birlikdən verilən məlumata görə, təlimdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov, AVMVİB Nəzəarət Təftiş Komisiyasının sədri Nizayi Quliyev, Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov və Tərtər rayonundan olan Qarabağ Müharibəsi veteranları iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Vahid Abdurəhmanov bildirib ki, icra olunan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həya keçirilir: “Dövlət tərəfindən həssas sosial qrupların problemlərinin həll olunmasına, onların hüquqlarının reallaşması üçün kompleks təbirlər görülür. Bəzi hallarda müharibə əlilləri və veteranları yaranmış müxtəlif situasiyalarda hansı hüquqi proseduraları reallaşdıracağını bilmir və eyni zamanda müxtəlif müraciət formalarının hazırlanmasında çətinlik çəkirlər. Bütün bu məsəllərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi layihə benefisarlarına dəstək olmağa hazırdır”.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov çıxış edərək layihənin əhəmiyyətindən və rayon icra hakimiyyəti tərəfindən bu sahədə görülən işlərdən danışıb. Sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini müharibə əlillərinin və veteranlarının qanunvericilikdə nəzərdə tutulan sosial hüquqları barəsində geniş məlumat verib.
Qeyd edək ki, qarşılıqlı diskusiya şəkilində keçirilən təlimdə iştirakçılara sosial siyasət və bu sahə üzrə qanunlar barədə müvafiq təlimatlar verilib və onların sualları cavablandırılıb.
Sonda xatirə şəkilləri çəkilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.