Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının iclası çərçivəsində bir sıra həmkarları ilə görüş keçirib.
Belə ki, Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlar aparıb.
Görüş zamanı ikitərəfli münasibətlərin gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, regionda baş verən son proseslər, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin perspektivləri müzakirə olunub.
İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının Şuşada keçirilən 27-ci iclasında müzakirə olunan məsələlər və ilin sonunadək keçiriləcək tədbirlərdə hər iki ölkənin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. çoxtərəfli formatdır.
Nazirlər həmçinin regionda cari prosesləri müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.