AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Komitə sədri ermənilərin reinteqrasiya məsələlərinə olmasından danışdı

  • + A
  • - A
  • 19-10-2023, 11:32

    Komitə sədri ermənilərin reinteqrasiya məsələlərinə  olmasından danışdı

    Cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, qəbul olunmuş digər proqram və planlar əsasında həyata keçirilən məqsədyönlü, genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edir.

    Proqrama əsasən, Qarabağ və Şərqi Zəngəzura 2026-cı ilədək 34 min 500 ailə köçürülməsi nəzərdə tutulub. Bu isə növbəti 4 ildə 30 illik həsrətə son qoyaraq 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtması deməkdir.

    Azadmedia.az xəbər verir ki, bu sözləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib. Bahar xanım qeyd edib ki, bu gün işğaldan azad edilmiş bu torpaqlara yeni bir həyat vermək üçün dağılan şəhərlərimizin, talan edilmiş tarixi irsimizin bərpası işləri sürətlə davam etdirilir.
    Quruculuq işləri ilə yanaşı geriyə qayıdan əhalinin, xüsusilə də qadınların məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin açılması, keyfiyyətli səhiyyə və təhsil, zəruri rabitə infrastrukturu və digər xidmət sahələrinin yaradılması dövlətimiz tərəfindən bütün incəlikləri ilə nəzərə alınmışdır.
    “Böyük Qayıdış” layihəsi çərçivəsində 19 iyul 2022-ci il tarixdən bu günə qədər Zəngilana, Laçına, Füzuliyə, Tərtərə, Ağalıya, Zabux və Talış kəndlərinə ümumilikdə 520 ailə (2104 nəfər) köçürülüb.

    Komitə sədri onu da əlavə edib ki, Ermənistanın məqsədyönlü siyasəti nəticəsində torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi hazırda bərpa və quruculuq işlərini ləngitməklə yanaşı, insanların həyatı və sağlamlığı üçün də ciddi bir təhdid yaradır. Bölgədə sülh quruculuğu, reinteqrasiya məsələlərinə də ciddi şəkildə mane olur:

    "Bu problemin nə qədər mürəkkəb, qarşımızdakı yolun isə kifayət qədər uzun olmasına baxmayaraq, inanırıq ki, qısa müddətdə bu işin də öhdəsindən gələcəyik".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR