AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Övladlığagötürmə ilə bağlı müraciətlərdən imtinalar - Rəsmi

  • + A
  • - A
  • 19-10-2023, 12:03

    Övladlığagötürmə ilə bağlı müraciətlərdən imtinalar - Rəsmi

    Son dövrlər Övladlığagötürmə ilə bağlı şərtlər, imtina səbəbləri ilə bağlı müraciətlərin sayı çoxalıb. Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Fazil Talıbov Azadmedia.az-ın sorğusunu cavablandırıb.
    ƏƏSMN sözçüsü bildirib ki, Övladlığagötürmə ilə bağlı müraciətlər uçota alınmazdan əvvəl qanunvericiliyin tələblərinə uyğun olub-olmadığı yoxlanılır. Aşağıdakı hallarda müraciətlərin uçota alınmasından imtina edilir.
    AR Ailə Məcəlləsinin (Məcəllə) 120.1.8-ci maddəsinə əsasən valideyn-namizədlər gəlir tələbini ödəmirsə;

    Məcəllənin 120.1.6-cı maddəsində göstərilmiş cinayətləri törətdiyi və bunlara görə məhkumluğu varsa;

    Valideyn-namizədlər Məcəllənin 121-ci maddəsində göstərlimiş yaş tələblərini ödəmirsə;

    Məcəllənin 119.10.2-ci maddəsinə əsasən övladlığa götürmənin uşağın mənafeyinə uyğun olmadığı müəyyən edilərsə;

    Valideyn-namizədlərin Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 141 nömrəli Qərarında göstərilən xəstəlikləri varsa;



    Uçota alınmış müraciətlərin bir mərhələdən digərinə keçirilməsi uyğun görülmədiyi hallarda da müraciətlərdən imtina edilir.
    Həmçinin vətəndaşlar özləri də övladlığagötürmə ilə bağlı müraciətlərdən imtina edə bilər.
    F.Talıbov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidentinin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər” haqqında 393 nömrəli 10.12.2018-ci il tarixli Fərmanına əsasən 01.11.2019-cu il tarixindən Övladlığagötürmə sahəsində dövlət siyasəti və tənzimlənmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə aid edilib.
    İmtina sayı ilə bağlı sorğumuza cavab olaraq bildirildi ki, bu müddət ərzində olan imtina ilə bağlı statistika aşağıdakı kimidir:
    Ümumi imtina sayı – 349.
    Nazirlik sözçüsü gəlir tələbinin ödənməməsinin, valideyn-namizədlərin sağlamlıq vəziyyətinin, məhkumluğun və müsahibə mərhələsinin nəticələrinin əsas imtina səbəbləri olduğunu bildirdi.

    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR