Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi tərəfindən İmişli şəhərində “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Platformasında təqdimatı və icmalarda təşviqi” adlı layihə çərçivəsində Dəyirmi Masa həyata keçirilir.
Dəyirmi Masada İmişli rayon icra hakimiyyətinin, müvafiq dövlət orqanlarının təmsilçiləri, Şahverdili, Göbəktala və Rəsullu kəndlərində, o cümlədən İmişli şəhərində məskunlaşmış Qərbi Azərbaycan İcmasının nümayəndələri iştirak edib.
Dəyirmi Masanı Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin prezidenti İlqar Hüseynli salamlama nitqi ilə açıq elan edib, layihənin məqsədləri və iştirakçıları barədə təqdimat edib. Daha sonra rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rahim Zahidov iştirakçılara layihənin məqsədləri və əhəmiyyəti barədə məlumat verib.
Təqdimatlardan dərhal sonra layihə 44 günlük Vətən savaşında və antiterror əməliyyatında həyatlarını qurban verən qəhrəman Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sayğı duruşu ilə yad edilib. Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin rəhbəri İlqar Hüseynli “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının maddələri, hədəf məqsədləri, Konsepsiya sənədinin beynəlxal hüquq prinsipləri çərçivəsində hazırlanması və deportasiya qurbanlarının öz ata-baba yurdlarına qayıdış mexanizmləri barədə geniş məlumatlar verib.
Dəyirmi Masa iştirakçılarına Konsepsiya sənədində yer alan problemin təsviri, hədəf məqsədlər və yanaşma, planlama və icranın əsas mövzuları, beynəlxalq hüquqi çərçivə və zəmanət, icmanın üzvlərinin müəyyən edilməsi və siyahıyaalınması, qayıdış planının hazırlanması, Ermənistanın hüquqi çərçivəsinə münasibət, təhlükəsizliyin təmin olunması, mülkiyyət məsələləri, re-inteqrasiya və reabilitasiya, mədəni irsin bərpası və qorunması, etnik icmalar arası barışıq maddələri üzrə detallı məlumatlar təqdim olunub.
Daha sonra İmişlidə məskunlaşan Qərbi Azərbaycan icmasının fəalları Əli Əliyev,Xanlar Bağırov, Xudaş Həsənov, Ələsgər Əliyev çıxış edərək Qərbi Azərbaycana Qayıdış Konsepsiya sənədinin vacibliyi barədə çıxış ediblər.
Qeyd edək ki, natiqlər deportasiya zamanı üzləşdikləri dəhşətli erməni vəhşilikləri barədə xatərələrini bölüşüblər.