“Muğan Düzü" Sosial İnkişaf İctimai Birliyinin həyata keçirdiyi "Aran iqtisadi rayonlarında kiçik sahibkarlıq subyektlərinin inkişaf etdirilməsində özünəməşğulluq proqramına dəstək və maarifləndirmə tədbirlərinin təşkili" layihəsi çərçivəsində oktyabrın 19 – 20-də Beyləqan rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzində seminar keçirilib.
Birlikdən verilən məluamta görə, layihə Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunub. Seminarda 20 nəfər torpaq mülkiyyətçiləri iştirak edib. Layihə rəhbəri Asif Quliyev iştirakçılara layihənin donoru haqqında məlumat verib. O qeyd edib ki, layihə maddi vəziyyəti aşağı olan, məşğulluğu olmayan, yararlı torpaq payı olanlar, istehsal və xidmət üzrə işaxtaranlar, imtiyazlı şəxslər özünəməşğulluq proqramından faydalanmalarına, onlara bu layihənin verdiyi imkanlardan yararlanmasına və maariflənməsinə dəstək verilməsini nəzırdə tutur.
Birliyin sədri Vidadi Quliyev və layihə eksperti Xəlil Süleymanov layihənin fəaliyyəti, məqsədi və görülən işlər barədə hazırlanmış slaytlar vasitəsi ilə iştirakçılara ətraflı məlumat verdilər. Daha sonra layihə heyəti tərəfindən iştirakçıların sualları ətraflı cavablandırıldı. İştirakçılar layihənin region üçün aktual olduğunu vurğuladılar və yeni təkliflər verərək bu kimi layihələrin daha geniş ərazidə davamlı təşkil edilməsinin zəruri olduğunu bildirdilər.
Tədbirin sonunda Birlik rəhbərliyi işçi qurupu Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Beyləqan rayon İcra Hakimiyyətinə, Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyinə bu şəraiti yaratdıqlarına görə təşəkkürlərini bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.