19 oktyabr 2023-cü il tarixində Şabran rayonunun ən ucqar kəndi Dağbilicidə Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyi “Mərkəzdən ucqarlara-məişət zorakılığı, erkən nigahlar və potensial insan alveri qurbanları barəsində maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.
Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilir.
Qeyd edək ki, tədbir qarşılıqlı dialoq və müzakirələr şəklində keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.