Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Şirvan şəhərində “Müharibə Veteranlarının Hüquqi Maarifləndirilməsi” adlı layihə çərçivəsində bir qrup müharibə iştirakçıları ilə görüş keçirib.
Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Tədbir Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin akt zalında keçirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ǝrazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov, AVMVİB NTK sədri Niyazi Quliyev, AVMVİB Şirvan şəhər şöbəsinin sədri Faiq Vahidov, müharibə veteranları və müharibə əlilləri iştirak ediblər. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin təşkilatı məsələlər üzrə müavini Vahid Abdurəhmanov çıxış edərək bildirib ki, layihə torpaqlarımızın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mərdliklə döyüşmüş və respublikamızın kənd rayonlarında yaşayan müharibə veteranlarının hüquqi maarifləndirilməsi, onların yerlərdə üzləşdikləri sosial problemlər və onların həlli yollarının araşdırılmasından bəhs edir.
Qeyd edək ki, görüşdə müharibə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bu günə kimi veteran vəsiqəsi ala bilməyən keçmiş döyüşçülərə veteran vəsiqəsinin alınması üçün lazımi sənədlərin toplanılmasında köməkliklər göstərilib. Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdiriblər
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.