Azərbaycanda sentyabrın 19-20-də ölkə silahlı qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirləri zamanı həlak olan hərbi qulluqçuların ailələrinə prezident təqaüdü təyin edilib. Bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məlumat verib.
"Onlara pensiya təyin etmək üçün sənədlər hazırlanır. Onların 40 faizindən çoxuna artıq pensiya təyin olunub. Ödənişlər də icbari tibbi sığorta çərçivəsində həyata keçirilir. Bütün ödənişlər ən qısa zamanda tam ödəniləcək", - nazir bildirib.
Qeyd edək ki, Üçtərəfli Bəyanatın müddəalarının təmin edilməsi, Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsi və Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, geri qayıdan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə İşğaldan azad edilmiş ərazilərə, tikinti-bərpa işlərində iştirak edən dövlət qulluqçuları və Azərbaycan hərbi qulluqçuları, habelə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası istiqamətində sentyabrın 19-da rayon ərazisində lokal antiterror tədbirləri həyata keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.