AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstan Almatıda “NATO mərkəzi” ilə bağlı məlumatı təkzib etdi

  • + A
  • - A
  • 25-10-2023, 19:37

    Qazaxıstan Almatıda “NATO mərkəzi” ilə bağlı məlumatı təkzib etdi

    Qazaxıstan Müdafiə Nazirliyi Almatıda “NATO mərkəzi”nin açılması ilə bağlı mediada yayılan məlumatları təkzib edib.

    Nazirliyin yaydığı məlumatda deyilir:

    "23 oktyabr 2023-cü il tarixində Almatıda ABŞ-ın Qazaxıstandakı səfiri Daniel Rozenblyumun iştirakı ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin Sülhməramlı Əməliyyatlar Mərkəzinin yeni konfrans zalının rəsmi açılışı olub. Mərkəz 2006-cı ildən Qazaxıstan Respublikası silahlı qüvvələrinin sülhməramlı komponentinin inkişafı üçün nəzərdə tutulmuş təhsil müəssisəsi kimi fəaliyyət göstərir”.

    Qeyd olunur ki, söhbət Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan dövlət əlavə təhsil müəssisəsindən gedir.

    Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “NATO Mərkəzi”nin açılması ilə bağlı xəbəri şərh edərkən, "Moskva bu məsələ ilə bağlı Astanadan əlavə məlumat alacağını gözləyir"- demişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR