“Tərəqqi” Regionların Sosial İnkişafına Yardım ictimai birliyi tərəfindən həyata keçirilən “Sağlam ailə məktəbi” adlı layihə uğurla başa çatıb.
Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilir. Layihə çərçivəsində Mingəçevir Tibb Kollecində keçirilən ümumilikdə 3 seminarda 120-dən çox gəncin iştirakı təmin edilib.
Layihənin məqsədi erkən nikah problemi haqqında əhalinin məlumatlılığını artırmaq, erkən nikahlar problemini qızların insan hüquqlarının pozulması, qadınlara qarşı zorakılığın - ailə zorakılığının bir forması kimi ictimai fikrə gətirmək, ictimaiyyətin, ictimai təşkilatların və müvafiq dövlət qurumlarının diqqətini bu problemə cəlb etmək olmuşdur. Seminarlar interaktiv formada keçirilmiş və iştirakçılar mövzu ilə bağlı ətraflı biliklərlə təmin olunub.
Qeyd edək ki, layihənin gələcəkdə daha geniş gənclər qruplarını əhatə edəcək şəkildə davam etdirilməsi iştirakçı gənclər tərəfindən arzulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.