Rəsulzadə qəsəbəsinin bir qrup sakini Azadmedia.az vasitəsilə Bakı Şəhər Dövlət Yol Polisinə müraciət edib. Onlar bildirirlər ki, 45 nömrəli qəsəbə avtobusunun dayanacaqlarından biri 3 yolun kəsişməsində olduğu üçün avtobusdan düşərkən Əli Məmmədov küçəsi tərəfdən gələn maşınları görə bilmirlər. Avtobusdan düşüb yolu keçərkən sürətlə gələn maşınların piyadaları vurması ilə nəticələnən qəzalar qaçılmazdır. Hər dəfə avtobusa minəndə və düşəndə həyəcan keçirirlər. Sağ olsun, əlaqədar təşkilatlar yola piyada keçidi nişanı vurublar, amma asfaltın rənglənməsi də olsa, daha təqdirəlayiq olar.
İnanırıq ki, dərs ilinin yeni başlanmasını nəzərə alan yol polislərimiz Rəsulzadə qəsəbəsində piyada keçidləri üçün yol nişanları olan ərazilərdə asfaltın rənglənməsinə köməklərini əsirgəməyəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.