Oktyabr 25- də Hemofiliyalı Xəstələr İctimai Birliyinin təşkilatçılığı ilə Hemofiliyaya düçar olmuş vətəndaşların advokasiyasına dair tədbirin təşkili layihəsi çərçivəsində "Qanın laxtalanma pozğunluğunun müalicəsinin advokasiyasına dair” peşəkarlar konfransı təşkil edilib.
Birlikdən QHT.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə və Konfransda Azəbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, hemofiliyalı pasiyentlər və onların valideynləri iştirak ediblər. Konfransda Dünya Hemofiliya Federasiyasının Hemofiliyanın nəşri olan Hemofiliyanın Müalicəsinə dair Təlimatlar kitabının 3-cü nəşrinin Azərbaycan dilinə tərcümə və redaktə edilmiş çapının təqdimatı baş tutdu.
Qeyd edək ki, DHF-ın 3 nəşri Dr. Valeh Hüseynov - t.ü.f.d., Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru, Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin sədri, Dr. Sevil Cəlilova -Yeni Klinika Xəstəxanasının hematoloqu və Ayaz Hüseynov Hemofiliyalı Xəstələr ictimai birliyinin sədri tərcümə və redaktə edilib.
Nəşrin İşçi qrupunun üzvləri Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin həkimləri Dr. Naidə Hüseynzadə, Dr. Mina Adıgözəlova Dr. Şəbnəm Vəliyeva, Respublika Klinik Xəstəxanasının fizioterapiya şöbəsinin müdiri Dr. Yeganə Əzizova olublar. Çap edilən 3-cü nəşr TƏBİB-ə təqdim edilərəcək və TƏBİB-in vasitədilə Respublika üzrə Hematologiya və digər profilli həkilərə təqdim ediləcək. Konfransın ikinci hissəsində TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Hemofiliyaya dair yeni hazırlanam dövlət proqramı və hazırda İcbari Tibbi Sığortanın yenilənmiş Xidmətlər Zərfi haqqında ərtaflı məlumat verilib.
Konfransın sonunda yenilənən dövlət proqramına təkliflər irəli sürülüb və müzakirələr aparılıb. Pasiyentləri narahat edən suallar dövlət səhiyyə qurumlarına ünvanlayaraq cavablandırılmışdır və təkliflər nəzərə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.