Dövlətimizin ordusu qədər, sülh siyasəti də güclüdür. Ona görə də barış kursunu sülh ritorikası müşayiət etməli, tarixi yaddaşı qorumaqla bərabər, sülh mesajlarına, keçmişin Zəfərimizin işğında yeni şərhinə ehtiyacı var.
Azadmedia.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi”nə həsr olunan konfransda çıxışı zamanı deyib.
STM rəhbəri çıxışında qeyd edib ki, post-münaqişə dövrü Qələbəmizin erməni xalqı deyil, faşizm, təcavükarlıq, işğal və separatizm üzərində qazanıldığını bəyan etməklə regionda sülh savaşını da qazana bilərik. Qonşuluq, coğrafiya taledir və əbədi düşmənçilik dünyanı özü boyda Qəzzaya çevirər:
"Ona görə də hər iki dövlətin tanınmış siyasətçiləri, intellektualları, ədibləri, sənət adamları, din xadimlərinin ortaq tədbirləri vasitəsilə cəmiyyətlərarası dialoqu genişləndirmək gərəkdir. Belə platformalarda fəaliyyət göstərən və ortaq müzakirələr aparan ekspertlərin sıralarının genişlənməsi nifrət leksikonunu barış nitqləri ilə əvəz etməyə imkan verər. Hökümət və sivil qurumlar da belə debat və dialoq meydanına şərait yaradarsa, hamının faydasına olar.
Bəli, prezident İlham Əliyevin ən böyük qələbəsi Qafqazlarda axan əbədi qanı durdurması, bölgəmizə dincliyi, əmin-amanlığı, mübadiləni, açılımı, bütövlüyü gətirməsi, bir sözlə nifrətə son qoymasıdır. Prezidentin missiyası müqəddəsdir!".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.