Oktyabrın 27-də Bakı IBIS otelində «Dövlət-Biznes-QHT üçbucağının genişlənməsi yolları» layihəsi üzrə yekun konfrans keçirilib.
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən həyata keçirilib.
Konfransı SBİİYF rəhbəri Sabit Bağırov və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü Zaur İbrahimli giriş sözü ilə açaraq qonaqları salamladılar və layihənin aktuallığı barədə fikirlərini ilə bölüşdülər.
Layihənin rəhbəri Sabit Bağırov layihə üzrə görülmüş işlər (beynəlxalq təcrübənin icmalı, ölkədəki yanaşmalar və təkliflər) haqqında məruzə etdi. Məruzənin PowerPoint təqdimatı ilə buradan tanış olmaq mümkündür:
Azərbaycanda Dövlət-Biznes-QHT tərəfdaşlığının inkişafı yollarıef36ae1563ea41dc86af85d5a74ad888311020232656518-1.pdf [361,67 Kb] (yüklənib: 2)
Məruzədən sonra qaldırılan məsələlər ətrafında geniş diskussiya keçirildi.
Konfransda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA-nın), Azərbaycan Sahibkarlar Konfederasiyasının, İsveçrə İnkişaf Agentliyinin, Asiya İnkişaf Bankının, Milli QHT Forumunun və 20-dən artıq QHT-nin nümayəndələri iştirak edirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.